Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, illərdir bu fürsəti gözləyən ölkələrdən əvvəl Ermənistanın Avropa İttifaqına (Aİ) qoşulması ehtimalı azdır.
Qaziler.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Əgər Nikol Paşinyan hökumətinin Avropa İttifaqına can atmasından danışırıqsa, aldada bilərlər və məncə, Aİ rəhbərliyi onları aldadacaq”, — deyə o bildirib.
Lavrov xatırladıb ki, Türkiyə və Serbiya artıq bir neçə onillikdir Aİ-yə üzv olmaq növbəsindədir. Onun fikrincə, Ermənistan onlardan əvvəl bu birliyə üzv ola bilməyəcək.
Avqustun sonunda Ermənistan hökumətinin başçısı Nikol Paşinyan ölkənin yaxın vaxtlarda Avropa İttifaqına üzvlük üçün müraciət prosesinə başlaya biləcəyini bildirib. Onun sözlərinə görə, bunun məqsədi Brüsselin Ermənistanın Aİ-yə üzv olması üçün həll etməli olduğu məsələləri rəsmi şəkildə müəyyənləşdirməsidir.
QAZİLER.AZ

