Hakan Fidan Azərbaycana gələcək

Hakan Fidan Azərbaycana gələcək backend

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək.

Qaziler.az xəbər verir ki, bu barədə “Axşam” qəzeti məlumat yayıb.

Türkiyənin XİN başçısının səfəri 15-16 sentyabr tarixlərində nəzərdə tutulub.

Hakan Fidanın Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi planlaşdırılır.

Eyni zamanda, Hakan Fidan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla, habelə Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşəcək.