Avropa dəyərlərini seçən ölkələr Avropa İttifaqından (Aİ) asılı vəziyyətə düşüblər.
Qaziler.az bildirir ki, bu barədə sentyabrın 14-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyanat yayıb.
Diplomat bu fikirləri Latviyada elektrik alətləri istehsal edən "Rebir" zavodunun bağlanmasını şərh edərək deyib.
Sözügedən müəssisə Rusiya və Belarusa qarşı tətbiq edilən sanksiyalara görə əsas satış bazarını itirib, ixrac üçün yeni istiqamətlər tapmaq cəhdləri isə nəticə verməyib.
QAZİLER.AZ

