Ceyhun Bayramov: Bakının iştirakı olmadan TRIPP-in icrası mümkünsüzdür, ABŞ Azərbaycanı mütəmadi məlumatlandırır

Ceyhun Bayramov: Bakının iştirakı olmadan TRIPP-in icrası mümkünsüzdür, ABŞ Azərbaycanı mütəmadi məlumatlandırır backend

TRIPP layihəsində müxtəlif tərəflər var, əsas danışıqlar isə Ermənistan və ABŞ arasında keçirilir.

Qaziler.az apa-ya istinadən xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, ABŞ-dan olan tərəfdaşlar Azərbaycanı mütəmadi məlumatlandırır: “Bu çox təbiidir. Çünki Azərbaycanın iştirakı olmadan bu layihənin icrası mümkünsüzdür. Bizə verilən məlumat ondan ibarətdir ki, işlər davam etdirilir. Fiziki işlərə 2027-ci ildə başlanacaq. Biz hesab edirik ki, bu layihə nə qədər tez həyata keçirilsə, bir o qədər yaxşıdır. Çünki bunun tək Azərbaycana deyil, Ermənistana və regionun digər dövlətlərinə də faydası var”.

Nazirin sözlərinə görə, Azərbaycan öz üzərinə düşən işləri, o cümlədən Ermənistan sərhədi istiqamətində dəmir yolu və avtomobil yolları üzrə işləri davam etdirir.