Əraqçi Yaxın Şərqdə böhranın həlli yolunu açıqlayıb

Əraqçi Yaxın Şərqdə böhranın həlli yolunu açıqlayıb backend

ABŞ-nin İslamabad Anlaşma Memorandumu üzrə öhdəliklərini yerinə yetirməyə qayıtması Yaxın Şərqdə vəziyyətin normallaşmasına kömək edə bilər.

Qaziler.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi yaponiyalı həmkarı Toşimitsu Motegi ilə telefon danışığı zamanı bildirib.

“Həll yolu sadədir. ABŞ tərəfinin öhdəliklərini yerinə yetirməyə qayıtması və İslamabad qarşılıqlı anlaşma memorandumunda imzasına əməl etməsi vəziyyətin normallaşmasına qayıtmaq üçün şərait yaradacaq”, - deyə İran Xarici İşlər Nazirliyi Əraqçinin sözlərini yayıb.

Əraqçi həmçinin Motegiyə İran və Oman arasında Hörmüz boğazı ilə bağlı danışıqların son mərhələləri barədə məlumat verib. O, gəmilərin boğazdan keçməsi üçün müvəqqəti marşrutun müəyyənləşdirilməsi ilə bağlı məsləhətləşmələrdə əhəmiyyətli irəliləyiş əldə olunduğunu bildirib.

QAZİLER.AZ