Zaxarovadan Paşinyana: "Siz kişisiniz, yoxsa qadın?"

Zaxarovadan Paşinyana:  "Siz kişisiniz, yoxsa qadın?" backend

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan Baş naziri Nikol Paşinyanın 102-ci baza ilə bağlı dediklərinə istehzalı şəkildə cavab verib.

Qaziler.az “apa.az”a istinadən xəbər verir ki, Zaxarova özünün teleqram kanalında Paşinyanın Gümrüdəki 102-ci Rusiya hərbi bazası ilə bağlı dediklərini paylaşaraq, Mixail Bulqakovun "İt ürəyi" əsərindən "Siz kişisiniz, yoxsa qadın?" sitatını gətirib.

Qeyd edək ki, Paşinyan 102-ci hərbi bazanın Ermənistan üçün həyati əhəmiyyət daşımadığını, Rusiya hərbi bazanı özü çıxarmaq qərarına gələrsə, Ermənistan hakimiyyətinin buna etiraz etməyəcəyini bildirib.