"Ermənistandan Azərbaycana ilk ixrac həyata keçirildi" - Paşinyan

"Ermənistandan Azərbaycana ilk ixrac həyata keçirildi" - Paşinyan backend

Ermənistandan Azərbaycana ilk ixrac əməliyyatı artıq baş tutub.

Qaziler.az APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

O, detalları açıqlamayıb.

“Düşünürəm ki, şirkətlər özləri bunu elan edəcəklər”, - Paşinyan qeyd edib.

Qeyd edək ki, avqustun sonunda Ermənistan xarici işlər naziri Ararat Mirzoyan yaxın vaxtlarda Ermənistandan Azərbaycana məhsul tədarükü ilə bağlı məlumatların açıqlanacağını bildirib.