Paşinyan Gümridəki Rusiya hərbi bazasından danışdı: “Zəruri deyil”

Paşinyan Gümridəki Rusiya hərbi bazasından danışdı:  “Zəruri deyil” backend

"Gümridəki Rusiya hərbi bazasına ehtiyac yoxdur".

Qaziler.az “İnterfax.ru”ya istinadla xəbər verir ki, bu barədə ölkənin baş naziri Nikol Paşinyan bəyan edib.

"Biz Rusiya Federasiyasının Ermənistandakı 102-ci hərbi bazasının mövcudluğunu həyati zərurət hesab etmirik", - erməni siyasətçi qeyd edib.

Paşinyan əlavə edib ki, əgər Moskva hərbçilərini Gümridən çıxarmaq qərarına gəlsə, İrəvan buna etiraz etməyəcək.

Qeyd edək ki, bir gün əvvəl Rusiya Prezidenti Vladimir Putin Paşinyanla görüşündən sonra bəyan etmişdi ki, İrəvanın marağında deyilsə, Ermənistanın Gümri şəhərində Rusiya hərbi bazası olmayacaq.

Rusiya Federasiyasının 102-ci hərbi bazası Rusiyanın ölkə hüdudlarından kənardakı ən böyük bazasıdır. O, Ermənistanın şimalında, Gümri şəhərində yerləşir. Bu, Rusiyanın Cənubi Qafqazdakı yeganə bazasıdır. Baza 1995-ci ildə Ermənistanı və regionu qorumaq üçün açılıb.

QAZİLER.AZ