"İran diplomatiyanı ABŞ ilə sülhün əsas yolu hesab edir" - Pezeşkian

"İran diplomatiyanı ABŞ ilə sülhün əsas yolu hesab edir" - Pezeşkian backend

İran ABŞ ilə müharibənin təşəbbüskarı olmayıb və hələ də diplomatiya ilə danışıqları fikir ayrılıqlarının nizamlanmasının əsas yolu hesab edir, lakin əldə olunmuş razılaşmalara əməl edilməsi üçün effektiv zəmanətlər olmalıdır.

Qaziler.az xəbər verir ki, bunu İslam Respublikasının Prezidenti Məsud Pezeşkian "ŞƏT+" iclasında bəyan edib.

"İran İslam Respublikası müharibənin təşəbbüskarı olmayıb. Əksinə, o, özünü müdafiə edib", — deyə Pezeşkian bildirib.

"Eyni zamanda, İran hələ də diplomatiyanı və danışıqları fikir ayrılıqlarının nizamlanmasının əsas yolu hesab edir. Lakin xoş niyyət, götürülmüş öhdəliklərə hörmət və gücdən istifadə etməkdən imtina olmadan diplomatiya davamlı sülhü təmin etmək iqtidarında deyil", — deyə o əlavə edib.

QAZİLER.AZ