Azərbaycan Özbəkistanla tərəfdaşlığa böyük dəyər verir - XİN

Azərbaycan Özbəkistanla tərəfdaşlığa böyük dəyər verir - XİN backend

Azərbaycan Xarici İşlər Nazirliyi Özbəkistanı Milli Günü münasibətilə təbrik edib.

Qaziler.az xəbər verir ki, nazirlik bu barədə "X" sosial media hesabında yazıb.

"Özbəkistanın Milli Günü münasibətilə qardaş Özbəkistanı və xalqını səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımızı çatdırırıq.

Azərbaycan strateji müttəfiq kimi Özbəkistanla tərəfdaşlığa böyük dəyər verir və dostluq münasibətlərinin bundan sonra daha da möhkəmlənəcəyinə inanır.

Milli Günün mübarək, Özbəkistan!"