Ərdoğan və Obama açılış edəcək – ABŞ-da

Ərdoğan və Obama açılış edəcək – ABŞ-da backend

ABŞ-da inşa olunan ABŞ İslam Mədəniyyət Mərkəzinin açılışına sayılı günlər qalır. Axar.az xəbər verir ki, kompleksin açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və amerikalı həmkarı Barak Obama iştirak edəcək. İslam dinini amerikalılara ən doğru şəkildə tanıtmağı hədəfləyən kompleks Merilend ştatında yerləşir.


2011-ci ilin sentyabrında inşasına başlanan mərkəz Türkiyənin maddi dəstəyi ilə 60 hektar ərazidə tikilib. 16-cı əsr Osmanlı arxitekturasını əks etdirən kompleksin tərkibindəki məscid Memar Sinanın əsərlərindən ilhamlanaraq hazırlanıb və 700 nəfərlik tutuma malikdir. Məscidin əl ilə işlənmiş qapıları, minbəri və mərmər sütunları Türkiyədə hazırlanıb.

Xatırladaq ki, Ərdoğan bir neçə gün öncə Barak Obamanı kompleksin açılışına dəvət edib. Yaxın günlərdə Türkiyə prezidentinin ABŞ-a səfər edəcəyi gözlənilir.
Diaspora