İranın xarici işlər naziri Abbas Əraqçi İsrailin baş naziri Binyamin Netanyahunu ABŞ-ni İranla müharibəyə sürükləməkdə ittiham edib.
Qaziler.az xəbər verir ki, o, müvafiq bəyanatı "X" sosial şəbəkəsində paylaşıb.
"Netanyahu ivrit dilində açıq şəkildə öyünür ki, İsrailin maraqları naminə ABŞ administrasiyasını İrana qarşı müharibəyə cəlb edib. Netanyahu Amerika kanallarında minlərlə saatlıq efir vasitəsilə Amerikaya necə təsir etdiyinə açıqca gülür", — deyə Əraqçi yazıb.
İranlı nazirin sözlərinə görə, İsrailin baş naziri ingilis dilində isə ABŞ prezidentinin liderliyini tərifləyir. Əraqçi sonda Netanyahunu ilah adlandıraraq fikrini yekunlaşdırıb.
QAZİLER.AZ

