Daşkənd səmasında dronlarla Azərbaycan və Özbəkistan prezidentlərinin fotoları nümayiş etdirilib.
Qaziler.az xəbər verir ki, sözügedən görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 23-24 avqust tarixlərində Özbəkistana dövlət səfəri edəcək. Prezident İlham Əliyevin bu dövlət səfəri Şavkat Mirziyoyevin dəvəti ilə baş tutacaq. Səfər çərçivəsində o, həmkarı Şavkat Mirziyoyev ilə danışıqlar aparacaq və Ali Dövlətlərarası Şuranın üçüncü iclasına qatılacaq.

