Sadiq Qurbanov: Naxçıvanın enerji blokadasından yaşıl enerji qovşağına çevrilməsi Ulu Öndərin strateji irsinin nəticəsidir

Sadiq Qurbanov: Naxçıvanın enerji blokadasından yaşıl enerji qovşağına çevrilməsi Ulu Öndərin strateji irsinin nəticəsidir backend

Naxçıvanın enerji blokadasından bu gün regionun mühüm yaşıl enerji mərkəzlərindən birinə çevrilməsi Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin bariz nümunəsidir.

 

1990-cı illərin əvvəllərində Naxçıvanın ağır enerji böhranı ilə üzləşdiyi bir vaxtda Heydər Əliyev enerji təminatını sadəcə sosial-iqtisadi məsələ deyil, milli təhlükəsizlik məsələsi kimi qiymətləndirirdi. Həmin dövrdə atılan uzaqgörən addımlar muxtar respublikanın enerji sisteminin qorunub saxlanılmasına və əhalinin ən ağır şəraitdə belə enerji təminatının davam etdirilməsinə imkan verdi.

Bu gün isə tamamilə fərqli mənzərənin şahidiyik. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü enerji siyasəti nəticəsində Naxçıvan artıq enerji çatışmazlığı ilə mübarizə aparan ərazi deyil, bərpaolunan enerji istehsal və ixrac potensialı yüksək olan strateji regiona çevrilir.

Naxçıvanın günəş, külək və hidroenerji potensialının geniş şəkildə reallaşdırılması, enerji infrastrukturunun yenilənməsi və Türkiyə üzərindən Avropa enerji bazarlarına çıxış imkanlarının formalaşdırılması muxtar respublikanın gələcək iqtisadi inkişafında mühüm rol oynayacaq.

Prezident İlham Əliyevin “Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi Ulu Öndər bəxş edib” fikri də bu baxımdan xüsusi məna daşıyır. Çünki bu gün Naxçıvanda həyata keçirilən hər bir böyük layihədə Heydər Əliyev irsinin davamlılığı və Prezident İlham Əliyevin həmin strateji kursu müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirməsi aydın görünür.

Naxçıvanın enerji blokadasından yaşıl enerji qovşağına doğru inkişafı əslində bir əsrlik dövlətçilik düşüncəsinin, milli iradənin və ardıcıl strateji siyasətin nəticəsidir. Bu proses Azərbaycanın enerji təhlükəsizliyini möhkəmləndirməklə yanaşı, ölkəmizin regionda və beynəlxalq enerji məkanında mövqelərini də daha da gücləndirir.

 

Milli Məclisin deputatı 

Sadiq Qurbanov

qaynaxett.az