Azərbaycanlılar Sakaşvilini dəstəklədi

Azərbaycanlılar Sakaşvilini dəstəklədi backend

Ukraynanın Azərbaycan diasporası Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili tərəfindən yaradılmış yeni “Təmizlənmə uğrunda” hərəkatını dəstəkləməyə qərar verib. ANS PRESS-in məlumatına görə, hərəkatın əsas məqsədi korrupsiyasız, biznes və xalq üçün ədalətli və şəffaf qaydaları olan yeni Ukraynanın yaradılmasıdır. Bu barədə Ukrayna Azərbaycanlıları Birləşmiş Diaspora təşkilatının rəhbəri Hikmət Cavadov ANS PRESS-ə açıqlamasında bildirib. "Saakaşvili ölkəni bugünki vəziyyətdən çıxara biləcək komandaya malik siyasətçidir. Bu prosesdə biz onun yanında yer alacağıq. Biz Ukraynanı sevən insanlar kimi ləyaqətli həyat arzulayırıq",- deyə Hikmət Cavadov bildirib.

Qeyd edək ki, dekabrın 23-də Kiyevdə keçirilən ikinci Antikorrupsiya Forumu Ukrayna siyasətində yeni lideri təqdim edib. Gürcüstanın keçmiş prezidenti, hazırda Odessa vilayətinin qubernatoru Mixael Saakaşvili “Təmizlənmə uğrunda” hərəkatın yaradıldığını açıqlayıb. Hərəkatın məqsədi kimi korrupsiyasız, biznes və xalq üçün ədalətli və şəffaf qaydaları olan yeni Ukraynanın yaradılması elan olunub. Hərəkatın məqsəd və məramı haqda sənəd tədbirin təşkilatçılarından biri olan Ukrayna “Forbes”nin keçmiş baş redaktoru Vladimir Fedorin tərəfindən açıqlanıb.

Sənəddə qeyd edilir ki, Ukraynada hökumət və hüquq-mühafizə orqanları korrupsiyayla mübarizənin öhdəsindən gəlmir, bununla əlaqədar olaraq hərəkət yaradılır. Yeni hərəkat bütün arzu edənlərin iştirakı üçün açıq olacaq. Hərəkat regionlara getməyə hazırlaşır. Yanvarın 18-də hərəkat Xarkovda korrupsiyaya qarşı yeni forum keçirməyi planlaşdırır.

Bir müddət əvvəl ANS PRESS-in müxbirinə verdiyi müsahibəsində Mixail Saakaşvili Azərbaycan diasporu ilə iş birliyinə hazır olduğunu bildirərək həmçinin daim azərbaycanlılara güvəndiyini qeyd etmişdi.
Diaspora