Ermənistanın Baş naziri Nikol Paşinyan işgüzar səfərlə Qırğızıstana gəlib.
Qaziler.az Ermənistan KİV-nə istinadla xəbər verir ki, Çolpon-Ata şəhərindəki "İssık-Kul" beynəlxalq hava limanında Paşinyanı Qırğızıstan Nazirlər Kabineti sədrinin müavini Erlist Akunbekov qarşılayıb.
Qeyd olunub ki, bu gün Çolpon-Atada Avrasiya Hökumətlərarası Şurasının məhdud tərkibdə iclası keçiriləcək, geniş tərkibdə iclas isə avqustun 7-də baş tutacaq.
QAZİLER.AZ

