Qətər ABŞ və İran arasında vasitəçilik səylərini davam etdirir

Qətər ABŞ və İran arasında vasitəçilik səylərini  davam etdirir backend

Qətər, ABŞ və İran arasında diplomatik həllə nail olmaq üçün vasitəçilik səylərini davam etdirir, lakin tərəflər arasında hələlik birbaşa danışıqlar planlaşdırılmayıb.

Qaziler.az xəbər verir ki, AFP agentliyinin məlumatına görə, bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmisi Məcid əl-Ənsari məlumat verib.

O, jurnalistlərə açıqlamasında "Bütün tərəflərlə səylərin davam etdiyini təsdiqləyə bilərik", - deyə bildirib.

Nazirlik rəsmisinin sözlərinə görə, hazırda danışıqlar dialoqun bərpasına və tamhüquqlu vasitəçilik prosesinə qayıtmağa imkan verəcək "qısamüddətli həll" variantının tapılmasına yönəlib.

QAZİLER.AZ