Rusiya xarici işlər naziri Sergey Lavrov Almaniya Federativ Respublikasının (AFR) federal kansleri Fridrix Mertsin Avropada liderlik barədə iddialı bəyanatlarına cavab olaraq ona "hazır olmağı" məsləhət görüb.
Qaziler.az xəbər verir ki, bu barədə o, TASS-a verdiyi müsahibə zamanı deyib.
"AFR kansleri Fridrix Merts açıq şəkildə deyir ki, onlar yenidən Avropada əsas olacaqlar. Əgər bu qədər səmimisənsə, hazır ol", — Lavrov bildirib.
O qeyd edib ki, hazırda Rusiya nasistlərin nəsilləri ilə "eyni tərkibdə" müharibə aparır.
Lavrov həmin müsahibədə həmçinin etiraf edib ki, gözlənilməz və ya yanlış hərəkətlərlə qarşılaşdıqda özünə emosional ifadələr icazə verir. Nazir izah edib ki, o da "canlı insan" olduğu üçün bəzən ağzından "isti sözlər" çıxır.
QAZİLER.AZ

