Paşinyan Putinlə telefonda nəyi müzakirə etdi? - Xahişi də olub

Paşinyan Putinlə telefonda nəyi müzakirə etdi? -  Xahişi də olub backend

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putindən erməni mallarının RF-yə ixracına qoyulan məhdudiyyətlərlə bağlı problemin həllini xahiş edib.

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat xidmətindən məlumat verilib.

"Paşinyan vurğulayıb ki, erməni mənşəli malların Rusiya bazarına ixracına qoyulan məhdudiyyətlər Ermənistan-Rusiya müqavilə-hüquqi bazasına ziddir", — deyə məlumatda bildirilir.

Məlumatda Paşinyanın bu problemlərin tənzimlənməsi istiqamətində tədbirlərin görülməsini xahiş etdiyi qeyd olunub.

Qeyd edək ki, iyulun 27-də Paşinyan Putinə zəng edib. Telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.

QAZİLER.AZ