Kremldən Xəzər dənizindəki hücumlara reaksiya

Kremldən Xəzər dənizindəki hücumlara  reaksiya backend

Bu gün Ukraynanın hərbi əməliyyatların coğrafiyasını genişləndirdiyini görməmək mümkün deyil.

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna qoşunlarının Xəzər dənizindəki gəmilərə endirdiyi zərbələri şərh edərkən bildirib.

Xatırladaq ki, iyulun 25-də İran Xarici İşlər Nazirliyi Ukrayna qüvvələrinin Xəzər dənizində onlara məxsus ticarət gəmisinə hücum etdiyini bəyan edib. Göyərtədə baş verən partlayış nəticəsində iki nəfərin yaralanıb. Tehran baş verənləri təcavüz aktı adlandırıb və Kiyevi Rusiya-Ukrayna münaqişəsini döyüş zonasından kənara yaymaq cəhdində ittiham edib.

QAZİLER.AZ