İraq təkzib etdi: "ABŞ-nin təklifini İrana çatdırmamışıq"

İraq təkzib etdi: "ABŞ-nin təklifini İrana çatdırmamışıq" backend

İraq hakimiyyəti, Baş nazir Əli əz-Zeydinin Tehrana səfəri zamanı İran rəhbərliyinə ABŞ-nin atəşkəs təklifini ötürdüyü barədə məlumatları təkzib edib.

Qaziler.az xəbər verir ki, bu barədə İraq hökumət başçısının mətbuat xidmətinin bəyanatında bildirilib.

Bəyanatda qeyd olunub ki, iyulun 23-də "The New York Times" qəzetində dərc olunan məlumatlar əsassızdır və həqiqəti əks etdirmir.

Mətbuat xidməti həmçinin medianı rəsmi mənbələrə əsaslanmağa, dəqiqliyə riayət etməyə və anonim mənbələrə istinadən təsdiqlənməmiş məlumatları yaymamağa çağırıb.

Daha əvvəl "The New York Times" mənbələrə istinadən xəbər vermişdi ki, Tehran guya Vaşinqtonun atəşkəs təklifini rədd edib. Nəşrin məlumatına görə, həmin təklifi İslam Respublikasının paytaxtına səfəri zamanı İran rəhbərliyinə İraqın Baş naziri çatdırıb.

QAZİLER.AZ