Gürcüstanın baş naziri istefa verəcək

Gürcüstanın baş naziri istefa verəcək backend

Gürcüstanda baş nazir İrakli Qaribaşvilinin istefaya gedəcəyi barədə məlumatlar yayılıb. APA-nın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, hökumətin mətbuat xidmətində bu xəbəri təsdiqləməsələr də, “Gürcü arzusu” fraksiyasının üzvü, deputat Georgi Volski İ. Qaribaşvilinin mümkün istefası ilə bağlı müzakirələrin aparıldığını təsdiq edib.


“Bu məsələ müzakirə olunur. Lakin biz tələsik bəyanatlar verməməliyik”, - deyə o vurğulayıb.

Bəzi mətbuat orqanları isə iddia edib ki, bu gün İ. Qaribaşvilinin özü brifinqdə istefa qərarını açıqlayacaq. Qeyd olunur ki, o bundan sonra "Gürcü arzusu" partiyasının seçki qərargahına rəhbərlik edəcək. Qeyd edək ki, 2016-cı ilin payızında Gürcüstanda parlament seçkiləri keçiriləcək.

İ. Qaribaşvilinin istefasından sonra baş nazirin səlahiyyətlərinin müvəqqəti olaraq xarici işlər naziri Georgi Kvirikaşvilinin icra edəcəyi güman olunur. Gürcü mətbuatı G. Kvirikaşvilini “İvanişvilinin adamı” kimi təqdim edir.
Diaspora