XİN: Odessa yaxınlığında vurulan gəminin azərbaycanlı kapitanının nəşi tapılıb

XİN: Odessa yaxınlığında vurulan gəminin azərbaycanlı kapitanının nəşi tapılıb backend

Ukraynanın Odessa sahilləri yaxınlığında dron hücumu nəticəsində həlak olmuş “Atlas Bey” mülki ticarət gəmisinin kapitanı Səməd Nəsrullayevin nəşi tapılıb.

Qaziler.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, gəmi kapitanının nəşi aşkarlanaraq Odessaya gətirilib.

Qeyd olunub ki, müvafiq zəruri prosedurlar başa çatdıqdan sonra cənazə Azərbaycana göndəriləcək.