Moskvada Rusiya və Ermənistan müdafiə nazirləri arasında ikitərəfli görüş keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, görüşdəSergey Şoyqu və Seyran Ohanyan Rusiya və Ermənistanın hava hücumundan müdafiə sistemlərinin birləşdirilməsi haqqında müqavilə imzalayıblar.
Görüşdə Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının arsenalının gücləndirilməsi və Ermənistana hərbi-texniki yardım məsələsi də müzakirə olunub.Rusiya və Ermənistan hava hücumundan müdafiə sistemlərini birləşdirdi

