Türkiyənin xarici işlər naziri Hakan Fidan bəyan edib ki, Ukrayna üçün gələcək təhlükəsizlik təminatları ilə bağlı müzakirə olunan məsələ kontekstində Ankara bu fəaliyyətin hərbi-dəniz komponentinə rəhbərlik edəcək.
Qaziler.az xəbər verir ki, diplomat bu barədə Kiyevdə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
"Daha əvvəl Türkiyənin sülhsevər həllin təmin olunmasına potensial olaraq necə töhfə verə biləcəyi barədə məsələ qaldırılmışdı. Hazırda potensial sülh sazişinin ən mühüm aspektlərindən biri – Ukrayna üçün təhlükəsizlik təminatları müzakirə olunur. Bu təminatlara quru, dəniz və hava komponentləri daxildir. Türkiyə hərbi-dəniz komponentinə rəhbərlik etməyə razılaşıb. Bu məsələdə müttəfiqlərimizlə aramızda qarşılıqlı anlaşma var. Müvafiq müttəfiq hərbi-dəniz qüvvələri ilə də bu istiqamətdə planlı işlər aparılır", — deyə Türkiyə XİN başçısı açıqlama verib.
QAZİLER.AZ

