İran Amerika Birləşmiş Ştatları tərəfindən qarşılıqlı anlaşma memorandumunun azı 42 ciddi şəkildə pozulması halını qeydə alıb.
Qaziler.az xəbər verir ki, bu barədə İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvaninin dünya təşkilatının baş katibi və Təhlükəsizlik Şurasının sədrinin adına göndərdiyi məktubda deyilir.
"İran İslam Respublikası Amerika Birləşmiş Ştatları hökuməti tərəfindən İslamabad qarşılıqlı anlaşma memorandumunun 42 aşkar və ciddi pozulması halını sənədləşdirib", - məktubda qeyd olunub.
İranlı diplomat vurğulayıb ki, memorandumun imzalanmasından dərhal sonra və indiyədək ABŞ öz öhdəliklərini sistematik olaraq pozub.
Məktubda "ABŞ qurban deyil, təcavüzkardır. Mülki şəxslərə və mülki infrastruktura qarşı qəsdən edilən hücumlar hərbi cinayətlər və insanlığa qarşı cinayətlərdir", — deyə vurğulanıb.
QAZİLER.AZ

