İsmayıl Baqai ABŞ-İran arasında vasitəçi ölkələrin adlarını AÇIQLADI

İsmayıl Baqai ABŞ-İran arasında vasitəçi ölkələrin adlarını  AÇIQLADI backend

İran iki ölkə arasında gərginliyin artması fonunda ABŞ ilə dialoqda vasitəçilərlə təmasları davam etdirir.

Qaziler.az xəbər verir ki, bu barədə brifinqdə İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Baqai bildirib.

O qeyd edib ki, son bir neçə gün ərzində İslam Respublikası Qətər, Oman və Pakistanla təmasda olub.

Diplomat dəqiqləşdirib ki, vasitəçilərin məqsədi İran və Amerika Birləşmiş Ştatları arasında münaqişənin daha da gərginləşməsinin qarşısını almaqdır.

Xatırladaq ki, iyunun 18-də ABŞ və İran hərbi əməliyyatların dayandırılmasını təsbit etməli və danışıqların yeni mərhələsinə start verməli olan müvəqqəti anlaşma memorandumu imzalayıblar. Sənəd 60 gün müddətinə nəzərdə tutulmuşdu. Lakin cəmi bir neçə gün sonra Amerika rəhbərliyi İranı Hörmüz boğazında atəşkəs rejimini pozmaqda ittiham edib. Tehran da öz növbəsində Amerika hərbçilərini zərbələr endirməkdə təqsirləndirib.

QAZİLER.AZ