Qətər, Pakistan və digər regional vasitəçilər ABŞ ilə İran arasında artan gərginliyi azaltmaq və nüvə sazişi üzrə danışıqları bərpa etmək üçün diplomatik səylər göstərirlər.
Qaziler.az xəbər verir ki, bu barədə "Axios" nəşri vasitəçi ölkələrdən iki mənbəyə və bir ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ prezidenti Donald Trampın İranla memorandum və atəşkəsin artıq başa çatdığını bəyan etməsi, həmçinin İrana iki mərhələdə zərbələr endirmək əmri verməsindən sonra Vaşinqtonun əsas prioriteti Hörmüz boğazında gəmiçiliyin bərpasını təmin etməkdir.
"Axios" bildirir ki, Tramp administrasiyası eyni zamanda İranla tammiqyaslı hərbi münaqişənin yenidən başlanmasının qarşısını almağa çalışır.
QAZİLER.AZ



