İran ABŞ ilə danışıqları davam etdirəcəyini TƏSDİQLƏDİ - VİDEO

İran ABŞ ilə danışıqları davam etdirəcəyini  TƏSDİQLƏDİ - VİDEO backend

Əgər gözlənilməz bir hal baş verməsə, ABŞ ilə İslamabaddakı danışıqlar baş tutacaq və iki gün ərzində iki mərhələdə keçiriləcək.

Qaziler.az xəbər verir ki, bu barədə iyulun 8-də keçirilən mətbuat konfransında İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirqolami bəyan edib.

Diplomat Ağ Evə rasionallığın geri dönəcəyinə və ABŞ-nin üzərinə götürdüyü öhdəliklərə sadiq qalacağına ümid etdiyini bildirib.

"Lakin onlar razılaşmaları pozmağa davam edərlərsə, İran buna cavab verəcək", - deyə Şirqolami xəbərdarlıq edib.

Səfirin sözlərinə görə, Prezident Trampın rəhbərlik etdiyi ABŞ İranla müharibəni davam etdirə bilməyəcəyini görərək atəşkəslə razılaşmaq qərarına gəlib.

"Lakin Trampın xarakterini və İsrailin məqsədlərini nəzərə alsaq, bu şəxs hansı yolla irəliləyəcəyi barədə yekun qərar verməyib. Bu da ABŞ-nin əldə olunmuş razılaşmanı bir neçə dəfə pozmasına səbəb olub", - deyə diplomat qeyd edib.

Şirqolami əlavə edib ki, ABŞ dünən sazişin İran neftinin sanksiyasız satışına aid olan 10-cu bəndini pozub: "Bu cür hərəkətlər göstərir ki, ABŞ bərabərhüquqlu danışıqlar aparmağa və qarşı tərəfin maraqlarını nəzərə almağa adət etməyib. Lakin İran artıq sübut edib ki, təslim olmayacaq və ABŞ-yə tabe olmayacaq", - deyə səfir fikrini tamamlayıb.

QAZİLER.AZ