Maqdalena Qrono Ermənistanda səfərdədir

Maqdalena Qrono Ermənistanda səfərdədir backend

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Ermənistanda səfərdədir və burada ölkə rəsmiləri ilə görüşlər keçirəcək.

Qaziler.az xəbər verir ki, bu barədə Aİ-nin xüsusi nümayəndəsinin Brüsseldəki ofisindən bildirilib.

M.Qrononun ofisindən səfər proqramının digər təfərrüatları açıqlanmayıb.

Daha əvvəl Maqdalena Qrono Azərbaycana səfər edib və iyunun 25-26-da burada ölkə rəsmiləri ilə görüşlər keçirib.

Report.az