Heydər Əliyev Mərkəzi ABŞ bayrağı rəngində işıqlandırıldı - FOTO 

Heydər Əliyev Mərkəzi ABŞ bayrağı rəngində işıqlandırıldı - FOTO  backend

"Müasir memarlığın şah əsəri, Bakıdakı məşhur Heydər Əliyev Mərkəzi ABŞ-nin müstəqilliyinin 250-ci ildönümü münasibətilə ABŞ bayrağının rəngləri ilə işıqlandırılıb".

Qaziler.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "X" hesabında paylaşım edib.

"ABŞ-dəki bütün dostlarımızı və həmkarlarımızı ürəkdən təbrik edirik. Müstəqillik Gününüz mübarək!" - paylaşımda bildirilib.