Avropa İttifaqı ölkələri Ukraynanın birliyə daxil olması perspektivlərini müzakirə edərkən Kiyevin "Şimal axını" boru kəmərlərindəki terror aktında iştirakını nəzərə almalıdırlar.
Qaziler.az xəbər verir ki, bu fikirləri Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov brifinq zamanı bəyan edib.
Peskovun sözlərinə görə, bu fonda Almaniya tərəfindən Kiyevə maliyyə və hərbi yardımın davam etdirilməsi barədə xəbərlər "paradoksal" görünür.
"Söhbət Kiyev rejiminin və Ukrayna dövlətinin terror fəaliyyətində və Aİ-nin kritik infrastrukturuna qarşı terror aktında iştirakından gedir", — deyə Peskov bildirib.
QAZİLER.AZ



