Ursula fon der Lyayen Ermənistandadır - VİDEO

Ursula fon der Lyayen Ermənistandadır -  VİDEO backend

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen İrəvana işgüzar səfər edib.

Qaziler.az “News.am”a istinadla xəbər verir ki, onu “Zvartnos” hava limanında Ermənistan Respublikası baş nazirinin müavini Mqer Qriqoryan qarşılayıb.

Səfər çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen arasında görüş keçiriləcək.

Görüşdən sonra Ermənistanın baş naziri və Avropa Komissiyasının sədri bəyanatlarla çıxış edəcək və media nümayəndələrinin suallarını cavablandıracaqlar.

QAZİLER.AZ