İran xarici işlər nazirinin müavini Kazım Qaribabadi Bəhreyndə keçirilən və iştirakçıların Hörmüz boğazındakı vəziyyəti müzakirə etdiyi regional təhlükəsizlik dialoqunu kəskin tənqid edib.
Qaziler.az xəbər verir ki, bu barədə o, “X” sosial hesabında yazıb.
"Hörmüz boğazı ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) deyil, İranın nəzarəti altındadır", — deyə Qaribabadi paylaşım edib.
Onun fikrincə, Bəhreyndəki hərbi sammit Fars körfəzində hüquqi nizamı və təhlükəsizliyi bərqərar edə bilməz.
Nazir müavini qeyd edib ki, regionun təhlükəsizliyi Amerikanın hərbi çətiri altında deyil, müdaxilələrə son qoyulması və ABŞ-ın regiondan çıxması, ölkələrin suverenliyinə hörmət edilməsi və yeni geosiyasi reallıqların qəbul edilməsi ilə təmin olunacaq
QAZİLER.AZ



