İran Hörmüz boğazı ilə bağlı Omana xəbərdarlıq edib

İran Hörmüz boğazı ilə bağlı  Omana xəbərdarlıq edib backend

Tehran Hörmüz boğazının idarə olunması ilə bağlı Omanla razılığa gəlməyə çalışır.

Qaziler.az xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib. Onun sözlərinə görə, əgər Oman bu əməkdaşlıqda iştirak etmək istəməsə, İran prosesi təkbaşına davam etdirəcək.

Qəribabadi bu açıqlamanı Omanın xarici işlər naziri Bədr əl-Busəidin Hörmüz boğazından keçən gəmilərdən tranzit haqqı alınmasının beynəlxalq hüquqa zidd olduğunu bildirməsindən sonra verib.

Omanlı nazir qeyd edib ki, ölkəsi tranzit haqqının tətbiqini dəstəkləmir.

Buna cavab olaraq Qəribabadi vurğulayıb ki, İran Hörmüz boğazının idarə olunması məsələsində Omanla anlaşmaya üstünlük verir. O əlavə edib ki, Tehran və Maskat boğazda göstərilən xidmətlərə görə ödəniş alınması məsələsində eyni mövqeni bölüşür.

QAZİLER.AZ