Gülüstan sarayında İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) ilə əməkdaşlıq çərçivəsində "İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi" mövzusunda beynəlxalq konfrans keçirilir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, konfrans Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə keçirilir.
Tədbirdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti rəisinin müavini, general-leytenant Şərafət Həsənov, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri Qəzənfər Əhmədov, Azərbaycan Respublikasınin xarici işlər nazirinin müavini Elnur Məmmədov, İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) baş direktoru Katrin Bomberqer, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Hərbi-tibb baş idarəsinin rəisi Rüfət Əliyev, Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev, Milli Məclisin deputatı Zahid Orucun çıxışları nəzərdə tutulub.



