Con Kirbi: “Prezidentlər vəziyyətin pisləşdiyini etiraf ediblər”

Con Kirbi: “Prezidentlər vəziyyətin pisləşdiyini etiraf ediblər” backend

ABŞ qəti şəkildə Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həllini hədəf olaraq seçib. APA TV-nin bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi bəyan edib. İsveçrədə Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən görüşü şərh edən Kirbi deyib ki, iki ölkə lideri il ərzində ilk dəfə olaraq bir araya gələrək mövqelərini aydınlaşdırmaq imkanı əldə ediblər. "Prezidentlər vəziyyətin pisləşdiyini etiraf ediblər", - deyə C.Kirbi bildirib.


C.Kirbi qeyd edib ki, rəsmi Vaşinqton dinc əhali arasında qurbanların sayının azaldılmasına yönələn bütün tədbirləri dəstəkləyir.

Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupundakı ABŞ nümayəndələri rusiyalı və fransalı həmkarları ilə birgə münaqişənin həlli yolunda fəaliyyətlərini davam etdirirlər.

Diaspora