Sabah İran prezidenti Məsud Pezeşkian Pakistana səfər edəcək.
Qaziler.az xəbər verir ki, bununla bağlı, “Əl-Ərəbiyyə” və “Əl-Məyadin” də daxil olmaqla ərəbdilli media orqanları Pakistandakı məlumatlı mənbələrə istinadən xəbər yayıb.
Qeyd olunub ki, səfər İslam Respublikası və ABŞ nümayəndələri arasında müharibəyə son qoyulması məqsədilə “İslamabad Anlaşma Memorandumu”nun irəli aparılması və icrası ilə bağlı əldə olunan razılaşmadan bir gün sonraya təsadüf edir.
Bildirilir ki, İran tərəfi hələlik bu səfərlə bağlı xəbəri nə təsdiqləyib, nə də təkzib edib.
QAZİLER.AZ



