Numan Kurtulmuş sabah Azərbaycana gələcək

Numan Kurtulmuş sabah Azərbaycana gələcək backend

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş iyunun 23-də Azərbaycana gələcək.

Qaziler.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Qeyd olunub ki, səfər Azərbaycanda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı Parlamentlər Birliyinin 20-ci Konfransında iştirak məqsədilə olacaq.

İki günlük səfər çərçivəsində bir sıra görüşlərin də keçirilməsi nəzərdə tutulur.