Sərdar Berdiməhəmmədov Azərbaycana səfərə gəlib - FOTO

Sərdar Berdiməhəmmədov Azərbaycana səfərə gəlib - FOTO backend

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 22-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.

Qaziler.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar.