Portuqaliyada Azərbaycan səfirliyi açılır - Prezident təsdiqlədi

Portuqaliyada Azərbaycan səfirliyi açılır - Prezident təsdiqlədi backend

Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilib.

Qaziler.az xəbər verir ki, Prezident İlham Əliyev səfirliyin təsis edilməsi haqqında qanunu təsdiqləyib.

Dövlət başçısının digər sərəncamı ilə Nazirlər Kabinetinə Lissabon şəhərində olacaq səfirliyin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etmək tapşırılıb.

Xarici İşlər Nazirliyi isə səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.