Tramp üçüncü müddətə namizədliyini istisna etmir - "Reuters"

Tramp üçüncü müddətə namizədliyini istisna etmir - "Reuters" backend

ABŞ Prezidenti Donald Tramp nüfuzunu itirmək qorxusu səbəbindən üçüncü prezidentlik müddətinə namizədliyini irəli sürməyi düşünür.

Qaziler.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Trampın siyasi nüfuzu məsələsi noyabrda keçiriləcək Konqresə aralıq seçkilər fonunda aktuallaşır. Agentliyin həmsöhbətinin sözlərinə görə, administrasiya respublikaçı qanunvericilərə Trampın hələ də onların siyasi gələcəyinə təsir etmək iqtidarında olduğunu göstərməyə çalışır. Eyni zamanda, mənbə Trampın nüfuzunun tədricən zəifləməsinin qaçılmaz olduğunu etiraf edib.

Qeyd edək ki, Tramp 2024-cü ilin noyabrında keçirilən prezident seçkilərində ikinci dəfə qalib gəlib və Demokratlar Partiyasından olan namizəd Kamala Harrisi qabaqlayıb. O, ilk dəfə ABŞ administrasiyasına 2017–2021-ci illərdə rəhbərlik edib. 2016-cı il seçkilərində isə demokratlardan prezidentliyə namizəd Hillari Klinton ona məğlub olub.

QAZİLER.AZ