Moskva Paşinyanı təbrik etməyə tələsmir: "Yekun nəticələri gözləyirik"

Moskva Paşinyanı təbrik etməyə tələsmir:  "Yekun nəticələri gözləyirik" backend

Rusiya Nikol Paşinyana seçkilərdəki qələbəsi münasibətilə təbriklərini göndərməzdən əvvəl Ermənistandakı səsvermənin rəsmi yekun nəticələrini gözləməyə üstünlük verir.

Qaziler.az xəbər verir ki, bunu brifinq zamanı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib.

"Burada hər hansı yekun rəsmi nəticələri gözləmək vacibdir. Biz hər halda rəsmi nəticələrin və rəylərin açıqlanmasını gözləməyə üstünlük veririk", - deyə Kreml rəsmisi vurğulayıb,

Peskov izah edib ki, səsvermə zamanı Ermənistandan çoxsaylı qanunsuzluqlar barədə məlumatlar gəlib, bu səbəbdən də rəsmi nəticələr xüsusi əhəmiyyət kəsb edir.

QAZİLER.AZ