Türkiyənin xarici işlə naziri Hakan Fidan Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilmiş dron hücumu nəticəsində Azərbaycan vətəndaşlarının həlak olması ilə bağlı Azərbaycana başsağlığı verdiyini bildirib.
Qaziler.az report-a istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu görüşü çərçivəsində baş tutan mətbuat konfransında deyib.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, iyunun 5-də Azov dənizində dron hücumları nəticəsində "Natra" və "Zirkon" yük gəmilərində olan 25 nəfər Azərbaycan vətəndaşından 4 nəfər yaralanıb, 4 nəfər isə həlak olub. Həmçinin bildirilib ki, sözügedən gəmilər Azərbaycan dövlətinə məxsus deyil.



