Livanın Baş naziri İlham Əliyevi təbrik edib

Livanın Baş naziri İlham Əliyevi təbrik edib backend

Livan Respublikasının Baş naziri Nəvaf Salam Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

Qaziler.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi, xalqınıza davamlı tərəqqi və firavanlıq arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Tam əminəm ki, Azərbaycan ilə Livan arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə gələcəkdə daha da möhkəmlənəcək və inkişaf edəcək".