Macarıstanın keçmiş baş naziri Viktor Orban hər zaman böyük praqmatik olub. O, Rusiya Federasiyasının dostu deyildi, amma macar xalqının dostu olub.
Qaziler.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "İzvestiya" qəzetinə müsahibəsində bildirib.
Kreml nümayəndəsi vurğulayıb ki, eks-baş nazir hər zaman macarlar üçün sərfəli olan addımları atıb və çox vaxt bu fayda Rusiyanın mənafeyi ilə üst-üstə düşüb.
Peskovun sözlərinə görə, dövlətlərarası münasibətlərdə hər hansı bir məsələ qarşılıqlı surətdə faydalı xarakter alırsa, bu, elə iki ölkə arasındakı tərəfdaşlıq deməkdir.
QAZİLER.AZ



