“Moskvanın Kiyevlə heç bir rəsmi ünsiyyət kanalı yoxdur”.
Qaziler.az xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
O, Volodimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinə ünvanladığı açıq məktubun necə ötürülməsi barədə verilən suala cavab olaraq bu fikirləri səsləndirib.
"Bizim Ukrayna ilə rəsmi kanallarımız yoxdur", — deyə "RİA Novosti" Peskovun sözlərindən sitat gətirib.
Həmçinin jurnalistlərlə ünsiyyət zamanı Kreml nümayəndəsi bildirib ki, Putin Zelenskinin məktubu barədə məlumatlandırılıb.
QAZİLER.AZ



