ABŞ və Azərbaycan arasında 8 milyard dollarlıq sazişlər imzalanıb - Kaleb Orr

ABŞ və Azərbaycan arasında 8 milyard dollarlıq sazişlər imzalanıb - Kaleb Orr backend

ABŞ və Azərbaycan arasında iqtisadi əməkdaşlıq yeni mərhələyə qədəm qoyur.

Qaziler.az “apa.az”a istinadla xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini və ABŞ tərəfindən Strateji İşçi Qrupun həmsədri Kaleb Orr Bakıda birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqunun yekunlarına həsr olunmuş brifinqdə deyib.

Onun sözlərinə görə, ABŞ və Azərbaycan arasında iqtisadi əməkdaşlıq yeni mərhələyə qədəm qoyur.

ABŞ rəsmisi bildirib ki, tərəflər regional sülh, enerji təhlükəsizliyi, ticarət və rəqəmsal infrastruktur sahələrində əlaqələri genişləndirmək niyyətindədirlər.

Kaleb Orr vurğulayıb ki, nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində SOCAR və ABŞ özəl sektoru arasında, eləcə də Azərbaycan İqtisadiyyat Nazirliyində ümumi dəyəri 8 milyard dollardan çox olan kommersiya sazişləri imzalanıb.

O qeyd edib ki, tərəflər enerji, kritik mineralların tədarük zənciri, regional nəqliyyat və tranzit marşrutları, aviasiya əməkdaşlığı, süni intellekt texnologiyalarının tətbiqi və Azərbaycanın rəqəmsal infrastrukturunun modernləşdirilməsi istiqamətlərində konkret layihələri müzakirə ediblər.

“ABŞ və Azərbaycan arasında münasibətlər inkişaf edir və bu, yalnız başlanğıcdır”, – Kaleb Orr əlavə edib.