Prezident italiyalı həmkarına məktub ünvanlayıb

Prezident italiyalı həmkarına məktub ünvanlayıb backend

İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır.

Qaziler.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarellaya İtaliya Respublikasının yaranmasının 80-ci ildönümü münasibətilə ünvanladığı məktubda deyilir.

"Şadam ki, ölkələrimiz arasında münasibətlər qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edir, çoxölçülü strateji tərəfdaşlığımız gündən-günə genişlənir və yeni məzmunla zənginləşir. Biz İtaliya ilə münasibətlərimizin bütün sahələrdə inkişafına xüsusi əhəmiyyət veririk", - təbrikdə deyilir.

Dövlət başçısı qeyd edib ki, iki ölkə arasında iqtisadi əlaqələrin mövcud potensialının tam şəkildə reallaşdırılması, sərmayə, müdafiə, humanitar, o cümlədən yeni istiqamətlər üzrə əməkdaşlığın şaxələndirilməsi qarşıda duran əsas məsələlərdəndir.