Ermənistan təşkilata və ya Avropa Birliyinə (Aİ) üzvlük barədə konkret qərar verməli olana qədər Avrasiya İqtisadi Birliyində (AİB) iştirak etməyə davam edəcək.
Qaziler.az xəbər verir ki, "Armenpress"in məlumatına görə, bunu ölkənin baş naziri Nikol Paşinyan bəyan edib.
"Biz AİB və Aİ arasında seçim qaçılmaz olana qədər AİB-də işləyirik və işləməyə davam edəcəyik", - deyə Paşinyan bildirib.
O vurğulayıb ki, Ermənistanın mümkün inteqrasiya kursunun dəyişdirilməsi məsələsi referenduma çıxarılmalıdır. Lakin Paşinyanın fikrincə, səsvermənin keçirilməsi üçün hələ tezdir. Baş nazir izah edib ki, İrəvan hələ Aİ-yə daxil olmaq üçün rəsmi müraciət etməyib və namizəd ölkə statusuna malik deyil.
Hökumət başçısı Ermənistan və Rusiya arasındakı münasibətlərdən də danışıb. O qeyd edib ki, respublika hakimiyyəti Moskva ilə əlaqələrə böyük önəm verir. Hazırda bu əlaqələr transformasiya mərhələsindədir, eyni zamanda Paşinyan onları müsbət tərəfdən qiymətləndirir. Baş nazir iki dövlətin əməkdaşlığı inkişaf etdirməyə davam edəcəyinə əminliyini ifadə edib.
QAZİLER.AZ



